"Sabah" komandası "Sumqayıt"ı buraxdığı bütün səhvlərdə cəzalandırmağı bacarıb.
"Report"un məlumatına görə, bunu "gənclik şəhəri" təmsilçisinin məşqçisi Veliçko Kaplanoviç mətbuat konfransında deyib.
Mütəxəssis Misli Premyer Liqasının XVI turunda "Sabah"a 1:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb:
"Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm. Bu gün onlar qələbəyə layiq idilər. Bütün buraxdığımız səhvlərdə bizi cəzalandırmağı bacardılar. İkinci hissədə daha yaxşı oynamağa çalışdıq. Lakin belə komandalara qarşı bir hissə yox, bütün matç boyu mükəmməl şəkildə oynamaq lazımdır".