IMG-LOGO

Sumqayıtda məhkəmənin hakimi qəzada öldü

22 Dec 2025 21:02 5 baxış
IMG
0 0

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva qəzada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, Novxanı-Pirşağı yolunda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza nəticəsində Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən hakimin həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, onun avtomobilini sürücüsü idarə edib.

qəza hakim

Xəbər lenti