"Fənərbaxça" rəhbərliyi və məşqçilər heyəti arasında keçirilən görüşdən sonra, aylardır ya icarə, ya da daimi transfer səbəbindən kənarda qalan İrfan Can Kahveci ilə yollarını ayırmaq qərarı verilib.
Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Super Liqa təmsilçisi "Fənərbaxça"nın heyətindən kənarlaşdırılan İrfan Can Kahveci ilə bağlı əhəmiyyətli bir proses baş verib. Klub rəhbərliyi və məşqçilər heyəti arasında keçirilən görüşdən sonra milli komanda oyunçusunun müqaviləsinə xitam verilməsi qərarı verilib.
Dəyərləndirmələrdən sonra məlum olub ki, İrfan Can Kahveci üçün ya icarə, ya da daimi transfer variantları mövcuddur. Bildirilir ki, rəhbərlik bu iki alternativə əsaslanaraq oyunçunun gələcəyi ilə bağlı prosesi davam etdirməyə qərar verib.
Məlumata görə, qərardan sonra İrfan Can Kahvecinin nümayəndəsi ilə əlaqənin intensivləşməsi və transfer prosesi ilə bağlı rəsmi addımların yaxın günlərdə atılması gözlənilir.
İrfan Can Kahveci "Fənərbaxça" rəhbərliyinin qərarı