IMG-LOGO

2 uşaq anası olan azərbaycanlı qadını döyüb qolunu qırdılar

04 Jan 2024 09:28 152 baxış
IMG

Türkiyədə azərbaycanlı qadın döyülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Samsun şəhərinin Canik qəsəbəsində baş verib. Məlumata əsasən, S.A. adlı kişi evdə azərbaycanlı arvadı 2 uşaq anası olan Z.H.A. ilə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib və ər arvadının qolunu qırıb.

Zərərçəkən xəstəxanaya yerləşdirilib. S.A. isə Ailədaxili və Qadına qarşı Şiddətlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, ilk məhkəmədə həbs edilərək, cəzaçəkmə müəssisəsinə göndərilib.

Mənbə: lent.az

Xəbər lenti