İspaniyanın "Atletiko" klubunun futbolçusu Niko Qonsales bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, buna müdafiəçinin "Jirona"ya 3:0 hesabı ilə qalib gəldikləri La Liqa oyununda zədələnməsi səbəb olub.
Argentinalı oyunçunun İspaniya Superkuboku uğrunda görüşdə meydana çıxmayacağı gözlənilir.
Qeyd edək ki, Niko Qonsales cari mövsüm Madrid təmsilçisinin heyətində 21 oyunda iştirak edib və 1 qol vurub.