IMG-LOGO

Sumqayıtda evdən meyit tapıldı

04 Jan 2024 08:57 164 baxış
IMG

Sumqayıtda 61 yaşlı kişinin meyiti yaşadığı ünvanda tapılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə "Kotec yaşayış massivi"ndə qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü  Baxşəliyev Əlixan Ələmdar oğlunun üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkar edilib.

Fakt araşdırılır.

Mənbə: lent.az

Xəbər lenti