IMG-LOGO

“Aston Villa”dan 111 il sonra ilk: Ardıcıl 10 oyunda qələbə qazandı

22 Dec 2025 14:44 2 baxış
IMG
0 0

"Aston Villa" İngiltərə Premyer Liqasının 17-ci turunda "Mançester Yunayted"i 2-1 hesabı ilə məğlub edərək 111 ilin ən yaxşı qələbə seriyasına nail olub.

Lent.az-ın xarici mediaya istinadla məluamtına görə, "Aston Villa" 1914-cü ildən bəri ilk dəfə bütün yarışlarda ardıcıl 10 oyunda qələbə qazanıb. 111 il əvvəl klub yüksək divizionda 11 oyunluq qələbə seriyasına imza atıb.

Bundan əlavə Unai Emeri 120 ildə ardıcıl 10 oyunda iki dəfə qalib gələn ilk “Aston Villa” məşqçisi olub.

"Aston Villa" bundan əvvəl İngiltərə çempionatında "Bornmut" (4:0), "Lids Yunayted" (2:1), "Vulverhempton" (1:0), "Brayton" (4:3), "Arsenal" (2:1), "Vest Hem" (3:2), Avropa Liqasında isə "Makkabi Tel-Əviv" (2:0), "Yanq Boyz" (2:1) və "Bazel" (2:1) komandalarını məğlub edib.

"Aston Villa" İngiltərə Premyer Liqası

Xəbər lenti