IMG-LOGO

"Qalatasaray" üç xalı 3 qolla qazandı

21 Dec 2025 23:02 2 baxış
IMG
0 0

Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.

Lent.az xəbər verir ki, günün ilk matçında “Alanyaspor” doğma meydanında autsayder “Karagümrük”lə qarşılaşıb.

Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qalatasaray” isə “Kasımpaşa” ilə üz-üzə gəlib. “Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib.

“Samsunspor” isə “Göztəpə” ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.

Qalatasaray

Xəbər lenti