IMG-LOGO

İlham Əliyevin doğum gününə həsr olunmuş turnir keçirilib

21 Dec 2025 17:00 5 baxış
IMG
0 0

Zeyd Döyüş Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum gününə həsr olunmuş MMA üzrə turnir keçirilib.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, dekabrın 20-də “Sərhədçi” İdman Kompleksində təşkil olunan tədbirin açılış mərasimində ictimaiyyət nümayəndələri, federasiya prezidentləri, peşəkar idmançılar və rəsmi şəxslər iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən ZFC-nin prezidenti Emin Əliyev turnirin Prezident İlham Əliyevin doğum gününə həsr olunduğunu bildirib, Zeyd Döyüş Mərkəzinin adından dövlət başçısını səmimi qəlbdən təbrik edib: “Müzəffər Ali Baş Komandanın idmana göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Bakı şəhəri 2026-cı il üçün dünya idmanının paytaxtı elan edilib”.

Emin Əliyev İdmanın inkişafına verdiyi töhfələrə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədovu təltif edib, tədbirin təşkilində göstərilən dəstəyə görə Zeyd Döyüş Mərkəzinin təsisçisi Əli Əsgərova və MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərova təşəkkürünü bildirib.

Daha sonra çıxış edən millət vəkilləri Fazil Mustafa və Vüqar İskəndərov idmanın ölkənin inkişafında, xüsusilə gənclərin sağlam fiziki və mənəvi formalaşmasında mühüm rol oynadığını qeyd ediblər.

Qeyd edək ki, turnirdə 22 idmançı iştirak edib, ümumilikdə 11 döyüş baş tutub. Yarışın sonunda idmançılara müxtəlif məbləğlərdə pul mükafatları, qalib idmançıya isə kubok və digər təltifnamələr təqdim olunub.

İlham Əliyev turnir

Xəbər lenti