“iPhone 15” seriyalı smartfonların buraxılışından iki aydan az vaxt keçməsinə baxmayaraq, “Apple” artıq gələn payızda təqdim ediləcək modellər üzərində işləyir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, “iPhone16” model telefonu dizayn baxımından daha maraqlı olacaq.
Məlumata görə, “Apple” hazırda “iPhone 16 Pro”nun “Dynamic Island” texnologiyası əvəzinə smartfon istifadəçilərinə daha çox tanış olan ön kamera üçün ekranda dairəvi kəsikdən istifadə edən versiyasını sınaqdan keçirir.
Bu məlumatlara əsaslanaraq, “iPhone”un necə görünə biləcəyinə dair bir konsepsiya açıqlanıb. “Face ID” sensorlarının harada yerləşdiriləcəyi tam məlum deyil.
Ancaq bildirilir ki, “Apple” nəhayət bütün “iPhone” seriyalarını 120Hz displeylərə keçirəcək və bütün “iPhone” modellərini təkcə Pro deyil, yeni prosessorlarla təchiz edəcək. Bundan əlavə, “iPhone 16”da əlavə başqa bir düymə olacaq. Bu da kamera çəkimi üçün istifadə ediləcək.
Eyni zamanda, “iPhone 16”nın “iPhone 15”ə nisbətən xeyli baha qiymətə satışa çıxarılacağı gözlənilir. İstehsal xərclərinin artmasına baxmayaraq, “Apple” bu il heç bir “iPhone” modelinin qiymətini artırmadı. Buna görə də, 2024-cü ildə şirkət qiymət siyahısına yenidən baxacaq.