IMG-LOGO

PSJ-nin qapıçısı klubun tarixinə düşüb

21 Dec 2025 14:35 5 baxış
IMG

Fransa təmsilçisi PSJ-nin qapıçısı Renato Marin klubun tarixinə düşüb.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, oyunçu buna ölkə kubokunun 1/32 finalında "Fontene"ni məğlub etdikləri matçda iştirak etməklə nail olub.

O, Paris komandasının tarixində XXI əsrdə rəsmi qarşılaşmada meydana çıxan ən gənc qolkiperdir. Renato Marin bunu 19 yaş 5 ayında bacarıb.

Qeyd edək ki, PSJ rəqibini dörd cavabsız qolla üstələyib.

Xəbər lenti