Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını İtaliyada davam etdirə bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Milan" 30 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
A Seriyası təmsilçisi artıq alman oyunçunun agenti ilə danışıqlara start verib.
Qeyd edək ki, Sülenin Dortmund klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.