IMG-LOGO

Meksika klubu "Qarabağ"ın sabiq futbolçusu Juninyonun transferini açıqlayıb

21 Dec 2025 10:08 5 baxış
IMG

"Qarabağ"ın sabiq futbolçusu Olavio Juninyo karyerasını Meksikada davam etdirəcək.

"Report"un məlumatına görə, "Pumas" klubu 29 yaşlı hücumçunun transferini açıqlayıb.

Braziliyalı forvard yeni komandası ilə rəsmi müqavilə də imzalayıb.

Qeyd edək ki, 2023-cü ildən "Qarabağ"ın formasını geyinən Olavio Juninyo cari ilin əvvəlində Braziliya təmsilçisi "Flamenqo"ya keçmişdi.

Xəbər lenti