"Real Madrid" İspaniyanın futbol üzrə çempionatının XVII turunun ev oyununda "Sevilya" üzərində əzmkar qələbə qazanıb.
"Report"un məlumatına görə, İspaniyanın paytaxtında "Santyaqo Bernabeu" stadionunda keçirilən matç ev sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 38-ci dəqiqədə "Real Madrid"in yarımmüdafiəçisi Jud Bellinqem açıb. 68-ci dəqiqədə qonaqların müdafiəçi Markao ikinci sarı vərəqə alaraq meydandan qovulub. 86-cı dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe penaltini uğurla yerinə yetirərək qələbəni təmin edib.
Bu qələbə ilə turnir cədvəlində ikinci yerdə olan madridlilər birinci yerdəki "Barselona" ilə xal fərqini müvəqqəti olaraq birə endiriblər. Komandaların müvafiq olaraq 42 və 43 xalı var, katalonların isə ehtiyatda bir oyunu var.
20 xalı olan "Sevilya" 9-10-cu yerləri bölüşərək "Xetafe" ilə bərabərə qalıb.