Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib. Kənd sakini olan müxtəlif yaş qruplarından olan 5 nəfərə canavar hücum edərək xəsarət yetirib.
Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
canavar Şəki