IMG-LOGO

Oğuzda ağır qəza - 1 ölü, bir neçə yaralı var

20 Dec 2025 21:21 5 baxış
IMG
0 0

Oğuzda mikroavtobus ağaca çırpılıb, ölən və xəsarət alanlar var. 

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun rayonun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda yarılara ilkin tibbi yardım göstərilir və şəxsiyyətləri müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

qəza Oğuz

Xəbər lenti