IMG-LOGO

Oğuzda mikroavtobus qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

20 Dec 2025 20:45 5 baxış
IMG

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti