IMG-LOGO

"Karvan-Yevlax"ın məşqçisi: "Komandamızın oyununda yüksəliş hiss olunur"

20 Dec 2025 17:51 5 baxış
IMG

"Karvan-Yevlax"ın oyununda yüksəliş hiss olunur.

"Report" xəbər verir ki, bunu Yevlax təmsilçisinin məşqçisi Füzuli Məmmədov "Neftçi"yə qarşı Misli Premyer Liqasının XVI turunun oyunundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları oyunu şərh edib:

"Gərgin oyun olacağını bilirdik. "Neftçi"ni yaxşı təhlil etmişdik. Meydana qələbə üçün çıxmışdıq. Rəqibi təbrik edirəm. Futbolçularım çox əzmkar idilər, qələbə qazanmaq istəyirdilər. Kiçik səhvlər 3 xal qazanmağımıza mane oldu. Amma bu, futboldur. Komandamızda yüksəliş hiss olunur. Oyundan-oyuna daha yaxşı olacağıq. Daha güclü "Karvan-Yevlax" olmalıyıq. Qarşıdakı matçlara hazırlaşacağıq".

Qeyd edək ki, "Karvan-Yevlax" - "Neftçi" oyunu Bakı təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib.

Xəbər lenti