IMG-LOGO

Nəvə kommunal borclara görə nənəsini öldürdü

20 Dec 2025 16:50 5 baxış
IMG
0 0

Rusiyanın Kalininqrad vilayətində nəvə nənəsini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, yetkin yaşlı nəvə 80 yaşlı nənəsi ilə birgə yaşayırmış. Qadın mütəmadi olaraq pensiyaçı nənəsini döyür və ona qarşı zorakılıq edirmiş.

Günlərin birində qohumlar arasında növbəti mübahisə baş verib. Təqsirləndirilən şəxs spirtli içki və narkotik maddələrin təsiri altında olarkən, kommunal borclarla bağlı yaranan mübahisə zamanı nənəsinin başına azı iki zərbə endirib. Zərərçəkmişi xilas etmək mümkün olmayıb.

Kalininqrad sakini barəsində iki cinayət işi başlanıb, istintaq materialları mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Hadisələr nəvə nənəsini öldürdü

Xəbər lenti