Sumqayıtda qız binadan yıxılaraq, ölüb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin 16-cı məhəllənin ərazisində baş verib.
Abşeron rayon sakini olan 17 yaşlı Fatimə Əmir qızı Qurbanzadə binanın 8-ci mərtəbəsinin eyvanından yıxılaraq, dünyasını dəyişib.
Araşdırma aparılır.
Qeyd edək ki, bu gün Bakıda da kişinin hündürmərtəbəli binadan yıxılaraq, ölməsi barədə xəbər vermişdik.
Hadisələr Sumqayıt şəhəri