IMG-LOGO

“Barselona” Raşfordu birdəfəlik alır

20 Dec 2025 16:32 5 baxış
IMG
0 0

“Barselona” mövsümün sonunda “Mançester Yunayted”dən icarəyə götürdüyü cinah hücumçusu Markus Raşfordu birdəfəlik transfer etməyə getdikcə daha çox meyillənir.

Lent.az xarici mediaya istinadla bildirir ki, Hans-Diter Flikin komandasında ingilis futbolçunun universallığı yüksək qiymətləndirilir. Raşford hücumun hər iki cinahında, eləcə də mərkəzdə oynaya bilir. Onun rəqib müdafiəsinə daimi təzyiq göstərməsi, uzaqdan zərbələri və məhsuldar ötürmələr vermək bacarığı da xüsusi vurğulanır.

Əgər katalon klubu 28 yaşlı hücumçunu tam heyətinə qatmaq barədə yekun qərar versə, bunun üçün 30 milyon avro ödəməli olacaq.

Qeyd edək ki, bu mövsüm Raşford bütün turnirlər üzrə 23 oyunda iştirak edib, 7 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Mançester Yunayted”lə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, oyunçunun bazar dəyəri 40 milyon avro təşkil edir.

İdman xəbərləri

Xəbər lenti