IMG-LOGO

Sahibkar marketdən araq alan müştəriləri öldürdü

20 Dec 2025 13:18 5 baxış
IMG
0 0

Türkiyədə iki nəfər marketdə güllələnərək, öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Manavqat qəsəbəsində baş verib.

33 yaşlı Əbdülqadir Erkan və 56 yaşlı Nurəddin Süleyman Ertem araq almaq üçün ədavətli olduqları Ömər Y.-nin işlətdiyi marketə giriblər. Onlar araq alandan sonra tərəflər arasında mübahisə çıxıb. Mübahisə zamanı Ömər Y. üzərindəki tapança ilə hər iki müştəriyə atəş açıb. Nəticədə onların ikisi də hadisə yerində ölüblər.

Polislərə təslim olan market sahibi müştərilərin quldurluq etmək niyyətində olduqlarını və ona görə onları güllələdiyini deyib. Ömər Y. saxlanılaraq, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

Marketdə qətl müştəriləri öldürdü

Xəbər lenti