Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz həlak olub.
Lent.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Məlumata görə, Cəlilabad rayon sakini Mirismayılzadə Elnur Aydın oğlu Ukraynada gedən döyüşlərdə həyatını itirib. Qeyd olunur ki, o, Rusiya Müdafiə Nazirliyinin "Axmat Sever" hərbi birləşməsində döyüşüb.
Bundan başqa daha iki həmyerlimiz isə döyüşlərdə itkin düşüb. Onlar 4 ay əvvəl itkin düşən Lənkəran rayonu Xanbulan kənd sakini Cabbarov Anar Nurməmməd oğlu və Sumqayıt şəhər sakini Abbasov Bəhlul Zülfüqar oğludur.
Hadisələr Rusiya-Ukrayna müharibəsi Ukraynada həlak olan azərbaycanlılıar