IMG-LOGO

Qazaxda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

20 Dec 2025 09:18 3 baxış
IMG

Qazax rayonunda avtomobil hasara çırpılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Dəmirçilər kəndində qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq hasara çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Nicat Alıyev ölüb, 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti