IMG-LOGO

Rubio dekabrın 20-də Floridada keçiriləcək danışıqlarda iştirakını istisna etməyib

19 Dec 2025 22:31 3 baxış
IMG

ABŞ Dövlət katibi Marko Rubio 20 dekabrda Floridada Ukrayna tərəfinin nümayəndələri ilə keçiriləcək danışıqlarda iştirak edə biləcəyini istisna etməyib.

"Report"un məlumatına görə, Rubio bunu Dövlət Departamentində jurnalistlərlə söhbəti zamanı bildirib.

"Bu danışıqlar Mayamidə keçiriləcək. Onlar bu gün başlayır və sabah davam edəcək. Ola bilsin ki, sabah mən də bu danışıqların bir hissəsində iştirak edim", – Rubio ABŞ nümayəndələrinin Ukrayna nümayəndə heyəti ilə gözlənilən məsləhətləşmələrini şərh etməklə bağlı müraciətə cavab verərkən deyib.

Xəbər lenti