IMG-LOGO

Zaqatala-Bakı avtobusunun qəzaya uğraması ilə bağlı RƏSMİ MƏLUMAT

12 Jul 2026 10:48 2 baxış
IMG
9 0

Baş Dövlət Yol Polisi İdarəsi Hacıqabulda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a verilən xəbərə görə, hadisə 12 iyul tarixində, saat 05:15-də Bakı-Qazax-Gürcüstan dövlət sərhədi yolunun Hacıqabul rayonu Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.

Alqışov Ramil Bilal oğlunun idarə etdiyi "Yutong" markalı avtobus idarəetmədən çıxaraq, əvvəlcə yolun sol kənarındakı beton arakəsmələrə dəyib, daha sonra aşıb.

Hadisə nəticəsində 2 nəfər - Osmanova Səbinə Paşa qızı və Qurbanzadə Ayxan Yusif oğlu xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyri-rəsmi məlumata görə isə, qəza nəticəsində 30 nəfər yaralanıb.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti