IMG-LOGO

KİV: Belçikada muzeydən Napoleonun üzüyü oğurlanıb

19 Dec 2025 22:53 3 baxış
IMG

Belçikanın Jenap kommunasında iki naməlum şəxs "Napoleonun Son Qərargahı" muzeyinə daxil olaraq kolleksiyadan bir neçə əşya oğurlayıb.

"Report" xəbər verir ki, bu barədə RTBF telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə dekabrın 17-dən 18-nə keçən gecə baş verib. Oğurlanan əşyalar arasında birbaşa Napoleona məxsus brilyant qaşlı qızıl üzük, həmçinin Napoleon dövründə buraxılmış qızıl və gümüş sikkələri olub.

Hadisə ilə bağlı istintaq başlanıb.

Xəbər lenti