IMG-LOGO

Fransa parlamentində büdcə ilə bağlı razılıq əldə olunmayıb

19 Dec 2025 21:12 4 baxış
IMG

Fransa parlamenti 2026-cı il üçün büdcə qanunvericiliyinin ikinci əsas hissəsini təsdiqləyə bilməyib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, parlamentin hər iki palatasının deputatlarından ibarət birgə komitə üzvləri dövlət büdcəsi haqqında qanun layihəsinin - büdcə qanunvericiliyinin ikinci hissəsinin razılaşdırılması üzrə bir saatdan az davam edən danışıqlardan sonra müzakirələri dayandırıblar.

Fransanın Baş naziri Sebastien Lekornu bəyan edib ki, bazar ertəsi növbəti addımlar barədə əsas siyasi liderlərlə məsləhətləşəcək. Lekornu onu da bildirib ki, ilin sonuna qədər büdcə ilə bağlı parlament səsverməsi üçün qalan vaxt kifayət etmir.

Bildirilib ki, uğursuz danışıqlardan sonra Lekornu tam büdcə razılaşdırılana qədər yeni ildə xərcləri idarə etmək, vergi toplamaq və borc almağa imkan verən fövqəladə qanunvericiliyə əl atmağa məcbur qala bilər.

Xəbər lenti