İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Lent.az xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Changan" markalı avtomobil idarəetmədən çıxaraq yoldan kənara aşıb. Qəza nəticəsində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Zeynallı Elnur İlqar oğlu və Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü Mehdiyev Elşad Famil oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
ismayıllı qəza