IMG-LOGO

Astarada itkin düşmüş balıqçılardan birinin meyiti İranda tapılıb

19 Dec 2025 20:38 5 baxış
IMG

Astara rayonunda itkin düşmüş hesab edilən balıqçılardan birinin meyiti Xəzər dənizinin İran sektorunda aşkar edilib.

"Report"un Cənub bürosunun məlumatına görə, tapılan meyitin bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğluna aid olduğu ehtimal edilir.

Əldə olunan məlumata görə meyitin Azərbaycana təhvil verilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, itkin düşmüş balıqçılardan digərinin - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında tapılmışdı.

Xəbər lenti