IMG-LOGO

AzTV-də FƏRQLİ YENİ İL olacaq: 46 ifaçı, retro hitlər və müasir estrada - VİDEO

19 Dec 2025 19:51 6 baxış
IMG
0 0

Azərbaycan Televiziyası bu il iki mühüm tarix – Azərbaycan radiosunun 100, Azərbaycan televiziyasının isə 2026-cı ildə qeyd olunacaq 70 illik yubileyi münasibətilə Yeni il gecəsinə xüsusi buraxılış hazırlayıb.

Lent.az bildirir ki, bu barədə AzTV-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dekabrın 31-i saat 21:00-da başlayacaq bayram proqramı yalnız konsert deyil, Azərbaycan musiqisinin qızıl fonduna səyahət olacaq.

Klassik estrada ifalarından tutmuş müasir hitlərə qədər müxtəlif janrlarda təqdim ediləcək çıxışlar pop-simfonik orkestrin müşayiəti ilə tamaşaçılara təqdim ediləcək.

Proqramda 80-dən çox musiqi nömrəsi, 46 tanınmış ifaçı çıxış edəcək.

Gecənin ən diqqətçəkən məqamlarından biri Azərbaycan musiqi səhnəsinin korifeyləri – Xalq artistləri Zeynəb Xanlarova, Flora Kərimova, Mübariz Tağıyev və Polad Bülbüloğlunun səhnəyə çıxışı olacaq.

Eyni zamanda 2009-cu ildə “Avroviziya”da Azərbaycanı təmsil etmiş Aysel Teymurzadə uzun fasilədən sonra Yeni il gecəsi tamaşaçıların qarşısında olacaq. Bu onun səhnəyə qayıtdıqdan sonra AzTV-də ilk çıxışı olacaq.

Gecədə Flora Kərimova və Samir Bağırovun “Ölmədən əvvəl” duetinin televiziya premyerası baş tutacaq.

Layihənin rejissoru Elnur Məmmədov, səhnə rejissoru Tərlan Tağıyev, layihə rəhbəri isə Nazilə Babayevadır.(APA)

 

Yeni il şənliyi Azərbaycan dövlət televiziyası

Xəbər lenti