IMG-LOGO

Norveç Ukraynaya 8,2 milyard dollarlıq yardımı təsdiqləyib

19 Dec 2025 19:42 6 baxış
IMG

Norveç parlamenti 2026-cı il üçün Ukraynaya 8,2 milyard dollar məbləğində yardımı təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X sosial" şəbəkəsində yazıb.

"Biz Norveçə həqiqi liderlik, sadiqliq və strateji etibarlılığın göstəricisi olan uzunmüddətli hərbi və humanitar dəstəyinə görə minnətdarıq. Baş nazir Yonas Qar Störe, parlament və bütün Norveçə təşəkkür edirik", - o yazıb.

Onun sözlərinə görə, belə töhfələr Ukraynanın Rusiya qarşısında müqavimət qabiliyyətini gücləndirir və ölkə müttəfiqlərindən dəstək almağa davam edəcək.

"Bu cür dəstəyin hər bir təzahürü Rusiyanın Avropaya qorxu və həyəcan aşılamaq niyyətinin tabutuna vurulan bir mismar kimidir", - Zelenski vurğulayıb.

Xəbər lenti