IMG-LOGO

Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib

19 Dec 2025 19:47 6 baxış
IMG

Futbol üzrə Çexiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

"Report" Çexiya Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu posta 74 yaşlı Miroslav Kubek təyin olunub.

O, oktyabrda yığmadan ayrılan İvan Haşekin əvəzinə çalışacaq.

Mütəxəssisin müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Miroslav Kubek daha əvvəl Çexiyanın gənclərdən ibarət millisini və ölkəsində bir sıra klubları çalışdırıb.

Xəbər lenti