IMG-LOGO

Əcnəbiyə qarşı quldurluq edənə HÖKM OXUNDU

19 Dec 2025 18:42 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə Pakistan vətəndaşı Farid Qulam Aktar Muhammad  Şakelə qarşı quldurluq etməkdə təqsirləndirilən Yunis Ağayevin cinayət işi üzrə keçirilən prosesdə hökm elan olunub.

Lent.az xəbər verir ki, məhkəmə Yunis Ağayevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, 2025-ci il iyunun 15-də saat 00:30-da Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi 34 ünvanının qarşısında əvvəlcədən tanış olduğu Pakistan Respublikasının vətəndaşı Farid Qulam Aktar Muhammad  Şakelin üz və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vurub, nəticədə onun "baş- beyin silkələnməsi" ilə müşayiət olunan, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətə məruz qoyub. Daha sonra. Y. Ağayev Farid Qulam Aktar Muhammad Şakelin cibində olan 430 manat nağd pul və zərərçəkmiş şəxsin 5 manat dəyərində olan "Winston Xs" markalı siqaret qutusunu ələ keçirərək ümumilikdə ona 435 manat məbləğində maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb və Yunis Ağayev Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət  məsuliyyətinə cəlb olunub. Fərqanə Novruzova  

kriminal

Xəbər lenti