Hazırda "Benfika"nın sükanı arxasında olan məşhur portuqaliyalı məşqçi Joze Mourinyo təxminən 40 illik məşqçilik karyerasında 750 qələbəyə imza atıb.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bu nailiyyət Lissabon klubunun Portuqaliya Kubokunun dörddəbir finalına yüksələrək "Farense"ni 2-0 hesabı ilə məğlub etməsindən sonra əldə edilib.
Oyundan sonra "Benfika"nın prezidenti Rui Kosta baş məşqçiyə soyunma otağında məşhur məşqçinin adı və 750 rəqəmi yazılmış klub formasını hədiyyə edib.
"Əgər sizə bir şey öyrədə bilsəm, o da budur ki, bu 750 qələbədən ən vacibi növbəti qələbədir - 751-ci qələbə. Əhəmiyyətli olan hekayədir. Son beş-altı yaxşı oyunun əhəmiyyəti yoxdur. Yalnız sonrakı oyun vacibdir. İrəli", - Jose Mourinyo söyləyib.
Karyerası ərzində Mourinyo Avropa futbolunun bir çox böyük oyunçusu ilə işləyib və möhtəşəm nəticələr əldə edib.
O, tarixin ən böyük və ən çox mükafat qazanan baş məşqçilərdən biri hesab olunur.
Onun rəhbərlik etdiyi "Benfika" hazırda Portuqaliya çempionluğu uğrunda mübarizə aparır və 32 xalla turnir cədvəlində üçüncü yerdədir.
Mourinyonun komandası bu yaxınlarda UEFA Çempionlar Liqasının altıncı turunda "Napoli"ni 2-0 hesabı ilə məğlub edib.
Jose Mourinyo "Benfika"nın baş məşqçisi