IMG-LOGO

Avstraliya Ukraynaya "Abrams" tanklarının sonuncu partiyasını təhvil verib

19 Dec 2025 17:32 49 baxış
IMG

Avstraliya Ukraynaya hərbi yardım çərçivəsində 12 ədəd M1A1 "Abrams" döyüş tankından ibarət sonuncu partiyanın təhvilini başa çatdırıb.

Bu barədə "Report" ABC-yə istinadən məlumat verib.

Tankların sonuncu partiyası oktyabr ayında Avstraliya silahlı qüvvələrinin 5 hərbçisinin müşayiəti ilə kommersiya yük gəmisində göndərilib. Yük 55 gündən sonra Avropaya çatıb.

Nəşrin məlumatına görə, avadanlığın təhlükəsiz çatdırılmasını təmin etmək üçün bu proses yüksək məxfilik şəraitində həyata keçirilib. Polşaya gətirildikdən sonra tanklar yoxlamadan və texniki baxışdan keçib, daha sonra Ukrayna tərəfinə təhvil verilib.

Qeyd edək ki, Ukrayna 37 zirehli texnikadan ibarət ilk partiyanı iyulda alıb.

Mənbə: report.az

Xəbər lenti