IMG-LOGO

Meyxanaçı Kərim vəfat etdi

19 Dec 2025 16:32 45 baxış
IMG
0 0

Meyxanaçı Ağakərim 61 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə onun sənət dostları məlumat verib.

Xatırladaq ki, 2017-ci ildə meyxanaçı Kərimin beyninə qan sızıb.

Qeyd edək ki, o, 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat — Qızıl medala layiq görülüb. 2001-ci ildə “Bu gedər, o biri gələr” adlı albomu işıq üzü görüb.

Meyxanaçı Kərim vəfat etdi

Mənbə: lent.az

Xəbər lenti