Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim vəfat edib.
O, sabah Maştağada dəfn olunacaq.
Bu barədə Lent.az-a onun yaxın dostu meyxanaçı Ağamirzə məlumat verib.
Xatırladaq ki, 2017-ci ildə onun beyninə qan sızmışdı və həmin vaxtdan sonra sağlamlıq vəziyyəti ağır olaraq qalırdı.
Qeyd edək ki, Ağakərim 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub.
O, meyxana sənətində özünəməxsus üslubu ilə tanınıb və bu sahədə mühüm uğurlara imza atıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub. 1993-cü ildə isə ustad meyxanaçı Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat olan Qızıl medala layiq görülüb.
Ağakərim Ağamirzə