IMG-LOGO

Maşınınız yola görə zədələnibsə, kompensasiya ala bilərsiniz - Sürücülərin yaralı yeri

19 Dec 2025 15:56 2 baxış
IMG
1 0

Yollarında çuxurların, dərin dəliklərin yaranması, asfalt örtüyünün çökməsi ilə bağlı şikayətlərin hər zaman var. Bu cür problemlər isə təkcə sürücülər üçün narahatlıq yaratmır, eyni zamanda avtomobillərə ciddi maddi ziyan vurur. Alt hissənin zədələnməsi, təkərin deşilməsi və digər texniki problemlər avtomobil sahiblərinin tez-tez üzləşdiyi hallardandır.

Bəs yolun yararsız vəziyyətdə olması səbəbindən avtomobilinə zərər dəyən sürücü məsul qurumdan şikayətçi ola və təzminat tələb edə bilərmi?

Hüquqşünas Ramil Süleymanov Lent.az-a açıqlamasında bildirib ki, vətəndaş dəymiş ziyanla bağlı məhkəməyə müraciət edərək, kompensasiya ala bilər:

Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunduğu kimi, eləcə də Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, dövlət orqanlarının və onların nümayəndələrinin məsuliyyətsiz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vətəndaşlara vurulan zərərə görə birbaşa mülki məsuliyyət həmin dövlət qurumunun üzərinə düşür.

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, yol hansı hüquqi şəxsin, dövlət qurumunun və ya bələdiyyənin balansındadırsa, həmin yolun texniki vəziyyətinə də məhz o qurum cavabdehdir. Əgər yolun baxımsız və yararsız olması nəticəsində yol-nəqliyyat hadisəsi və ya avtomobilə maddi zərər dəyibsə, vətəndaş əsaslandırılmış iddia ərizəsi ilə məsul dövlət qurumunu məhkəməyə verəonlara dəymiş zərəri kompensasiya şəklində tələb edə bilərlər.

Bir halda ki, dövlət qurumları avtomobil yollarının təmirinin və yenidən salınmasının həyata keçirilməsi üçün yol vergisini avtomobil sürücülərindən illik ala bilirlərsə, deməli, dövlət vahid aparat olaraq vətəndaşın qarşısında mülki məsuliyyət daşıyır”.

avtomobil hüquq Maşın yolda avtomobil zədələnib

Xəbər lenti