IMG-LOGO

Putin: Rusiya Ukraynanın sülh danışıqları aparmağa hazır olduğuna dair siqnallarını görür

19 Dec 2025 14:22 4 baxış
IMG

Rusiya Ukraynadan münaqişənin bitməsi ilə bağlı dialoq aparmağa hazır olduğuna dair müəyyən siqnallar alır.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında bildirib.

O, həmçinin, Ukraynanı Rusiya ilə sülh müqaviləsi bağlamağa hazır saymadığını da söyləyib:

"Biz hələ ki onların hazır olduğunu görmürük. Lakin hər halda onların dialoqa hazır olduqları barədə müəyyən siqnallarını hiss edirik".

Vladimir Putin, eyni zamanda, vurğulayıb ki, Rusiya 2024-cü ilin yayında bəyan edilmiş prinsiplər əsasında müharibəni bitirməyə hazırdır.

Xəbər lenti