IMG-LOGO

Ağdərə, Xocalı və Xocavənddə qazlaşma ilə bağlı görülən işlər açıqlanıb

19 Dec 2025 13:28 4 baxış
IMG

Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi Qarabağda növbəti illərdə genişmiqyaslı qazlaşdırma proseslərini davam etdirəcək.

"Report"un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qarabağ Regional Qaz İstismar İdarəsinin baş mühəndisi Qiyas Abdullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda idarənin Xankəndi xidmət sahəsində təmir-bərpa işləri aparılır:

"Xankəndi şəhərində mövcud qaz kəmərlərindən istifadə olunur. 2024-2025-ci illər ərzində Ağdərə xidmət sahəsi üzrə ümumilikdə təxminən 80 min poqon metr, Xocalı xidmət sahəsində 68 min poqon metr, Xocavənd xidmət sahəsində isə 75 min poqon metrə yaxın daşıyıcı və paylayıcı qaz xətləri çəkilib".

Q. Abdullayev qeyd edib ki, diametri 530 mm olan daşıyıcı qaz xətlərinin 400 metrə yaxını 426 mm-lik polietilen borularla əvəzlənib:

"Mövcud xətlərin təmiri və bərpası nəticəsində hazırda abonentlərə fasiləsiz qaz verilişi təmin olunur".

Xəbər lenti