IMG-LOGO

Azərbaycanın tanınmış güləşçisi: "Arzum budur ki, tələbələrim olimpiya medalı qazansınlar"

19 Dec 2025 13:40 3 baxış
IMG

Azərbaycanın tanınmış veteran güləşçisi Taleh Məmmədov tələbələrinə olimpiya medalı qazandırmaq arzusundadır.

"Report" xəbər verir ki, sabiq güləşçi bunu jurnalistlərə açıqlamasında deyib.

Yeniyetmələrdən ibarət milli komandanın məşqçisi xeyli sayda tələbəsinin olduğunu vurğulayıb:

"Bütün qonaqlara, Azərbaycan Güləş Federasiyasının və Gənclər və İdman Nazirliyinin rəhbərliyinə "çox sağ ol" deyirəm. Mənə dəstək olanlara təşəkkürümü bildirirəm. Hələ güləşdiyim vaxtlardan ən böyük arzum bu idi. Karyeramı bitirdikdən sonra bu işə başladım. Qəsəbədən 80 nəfərə yaxın tələbəm bu zalda məşq edir. Olimpiya Oyunları istisna olunmaqla, bütün beynəlxalq yarışlarda medal qazanmışam. Arzum budur ki, sağlam və tərbiyəli güləşçilər yetişdirim, onları pis əməllərdən uzaq saxlayım. Həmçinin olimpiya medalı qazansınlar. İnanıram ki, bütün bunlar həyata keçəcək".

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.

Xəbər lenti