Hazırda Azərbaycandan Ermənistana neft məhsulları daşıyan dəmir yolu qatarı Ermənistan-Gürcüstan sərhədini keçir.
"Report" xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan sosial şəbəkə səhifəsində yazıb.
"Bu dəqiqələrdə Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə çatdırılan, ümumi həcmi təxminən 1,3 min ton olan Azərbaycan mənşəli "Aİ-95" markalı benzinlə yüklənmiş 22 sistern vaqon keçir.
Bəlkə də bu, təkcə sülh qurulduqdan (iki ölkə arasında -red.) sonra Ermənistan və Azərbaycan arasındakı ilk ticari-iqtisadi razılaşma deyil, həm də müstəqilliyin əldə edilməsindən sonra ümumiyyətlə ilkdir", - G.Papoyan yazıb.