IMG-LOGO

Azərbaycanda qeydiyyatda olan şəkərli diabet və vərəm xəstələrinin sayı açıqlanıb

19 Dec 2025 12:50 2 baxış
IMG

Şəkərli diabet xəstəliyi ilə bağlı ölkə üzrə 343 min 349 nəfər xəstə dispanser qeydiyyatındadır.

"Report" xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar 26 adda dərman vasitələri (şəkərsalıcı oral hipoqlikemik preparatlar, insulin analoqları və insan insulinləri), qanda şəkərə nəzarət vasitələri, həmçinin 103 nəfər uşaq üçün insulin pompasının məsrəfləri ilə təmin olunurlar:

"Dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə və Bakı şəhəri üzrə 27 imtiyazlı aptekə paylanır. Keçən il ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 3-15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz olunub və bu il ərzində davamlı olaraq təminatı həyata keçirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 60 %-i (1300 nəfər) cihazla təmin edilib".

TƏBİB rəhbəri eyni zamanda əlavə edib ki, ölkə üzrə ilkin vərəmli xəstələrin sayı 1 875 nəfər, təkrar vərəmli xəstələrin sayı 1 647 nəfərdir:

"Beləliklə, cəmi 3 522 nəfər bu ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir".

Xəbər lenti