Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun keçmiş sədri Şahin Şıxlinskinin qızının ölkədən deportasiya olunması ilə bağlı iddialar yayılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, bu barədə şayiələr Yekaterinburq şəhərində yaşayan azərbaycanlılar arasında yayılıb. İddialara əsasən, Aysel uzun müddətdir şəhərdə görünmür, atasının məhkəmə iclasına qatılmayıb və telefonuna da zəng çatmır.
“Deyilənə görə, Rusiyadan deportasiya edilib. Hazırda onunla əlaqə yoxdur. Şayiələrə görə, Bakıdadır”, — deyə diasporaya yaxın mənbələrdən biri bildirib.
Jurnalistlər Aysel Şıxlinskaya ilə məlum telefon nömrələri vasitəsilə əlaqə saxlamağa çalışıb, lakin nömrələr əlçatmaz olub. Bununla belə, redaksiya onun tanışları ilə danışa bilib və onlar bu şayiələri təkzib ediblər.
“Aysel və onun kiçik qardaşı həqiqətən də ataları barəsində cinayət işləri açıldıqdan sonra Yekaterinburqu tərk ediblər. Amma heç bir deportasiya olmayıb, ona qarşı heç bir ittiham irəli sürülməyib. Bu, ailənin qərarı idi ki, gələcəkdə onun hər hansı problemlə üzləşməsinin qarşısı alınsın”, - qızın tanışı deyib.
Şahin Şıxlinski Şahin Şıxlinskinin qızı