IMG-LOGO

"Coursera" platformasını bitirmiş Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

19 Dec 2025 11:27 3 baxış
IMG

Son 6 ayda 45 min Azərbaycan vətəndaşı "Coursera" platformasının 83 mindən çox kursunu bitirib.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov qurumun təşkil etdiyi "Sənaye 4.0: Hakaton 2025" tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan bu platformada ən çox təhsil alan layihəni icra edir: "Yəni hazırda Azərbaycan qlobal layihələr arasında layihəni icra edən ən aktiv ölkədir. Belə ki, 2 500-dən çox kurs Azərbaycan dilinə süni intellekt vasitəsilə tərcümə olunub və 10-dan çox kurs isə süni intellektin tətbiqi ilə dublyaj formatında tərcümə edilib. Bu layihədə də 54 %-dən çox iştirakçı qadınlardır".

F.Cəfərov deyib ki, bu il platformadan istifadə edənlərin sayında əhəmiyyətli artım qeydə alınıb: "Ötən il əgər "Coursera"dan bütün Azərbaycan üzrə istifadəçilərinin sayı 120 min idisə, bu gün artıq bu göstərici 250 mindir. Bu o deməkdir ki, artıq onlayn öyrənmə imkanları da gənclərimiz tərəfindən kifayət qədər dəstəklənir".

Xəbər lenti