IMG-LOGO

Zabrat qəsəbəsində yunan-Roma güləşi zalı istifadəyə verilib

19 Dec 2025 11:30 3 baxış
IMG

Zabrat qəsəbəsində Azərbaycanın tanınmış güləşçisi Taleh Məmmədovun adına yunan-Roma güləşi zalının açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, həmçinin Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və digər rəsmilər iştirak ediblər.

Təqdimatdan sonra zalın açılışı həyata keçirilib. Lenti Taleh Məmmədov, Fərid Qayıbov və Çingiz Hüseynzadə kəsiblər.

Daha sonra nazir və qonaqlar zalla tanış olublar. T.Məmmədov zaldakı avadanlıqlar, güləşin sirlərinə yiyələnən uşaqlar və digər məsələlər haqqında məlumat verib, qarşıdakı planları açıqlayıb. Daha sonra yeniyetmə və azyaşlı güləşçilərin məşq prosesi nümayiş etdirilib.

Xəbər lenti