IMG-LOGO

Yenə narkotik çəkib maşın sürdü, həbs olundu

19 Dec 2025 11:13 4 baxış
IMG
0 0

Yol hərəkəti qaydalarını pozan “Toyota” markalı nəqliyyat vasitəsinin sürücüsü Kamran Bədəlov Abşeron rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Lent.az xəbər verir ki, yoxlama zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı K.Bədəlovun narkotik vasitə qəbul etdiyi müəyyən olunub. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Bədəlov 20 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, həmin sürücü bir müddət əvvəl də avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi üçün məsuliyyətə cəlb edilib.

Hadisələr

Xəbər lenti