IMG-LOGO

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapıldı

19 Dec 2025 11:30 3 baxış
IMG
0 0

Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb.

Bu barədə Lent.az-a FHN-dən məlumat verilib.

Qeyd olunub ki, dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşən 2 balıqçıdan biri - 26 yaşlı Həsənov Ağadədə Famil oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda itkin düşən digər şəxs, 28 yaşlı Həsənov Turan Eyvaz oğlunun axtarışları davam etdirilir. 

Əlavə məlumat veriləcək.

Hadisələr

Xəbər lenti