IMG-LOGO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün bir oyun keçiriləcək

19 Dec 2025 10:15 3 baxış
IMG

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VII turun növbəti matçı keçiriləcək.

"Report"un məlumatına görə, turun son oyun günündə "Abşeron" "Turan Tovuz"la üz-üzə gələcək.

Görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun daha əvvəl baş tutan qarşılaşmalarda "Azərreyl" "Murov Az Terminal"ı (3:0), "Gəncə" isə UNEC-i (3:2) məğlub edib. "Milli Aviasiya Akademiyası" - "Gənclər" matçının tarixi isə dəqiqləşməyib.

Xəbər lenti